關於Vilayet TV
VILAYƏT beynəlxalq televiziya kanalı dini etiqadları gücləndirmək, şübhə və suallara cavab vermək, xalis Əhli Beyt (ə) məktəbinin ali prinsiplərini müdafiə etmək məqsədi daşıyan müstəqil, qeyri-hökumət, kommersiya məqsədi daşımayan televiziya kanalıdır. Bu telekanal Əhli-beyt (əleyhimus-səlam) məktəbini əsas götürərək müsəlmanlar arasında mümkün qədər birlik və həmrəyliyin yaradılması istiqamətində çalışır və öz fəaliyyətini digər İslam məzhəblərinin, eləcə də digər ilahi dinlərin inanclarına hörmət əsasında aparır.